Yüklənir...
Qulaq
Orta qulaqda maye toplanması tibbi dildə seroz otit adlandırılan, temperatur olmadan qulaq pərdəsinin arxasında, orta qulaqda maye toplanması ilə müşahidə olunan xəstəlikdir.
Orta qulaqda maye toplanması əksər hallarda uşaqlarda rast gəlinir. Ən vacib əlaməti eşitmənin azalmasıdır. Şiddətli ağrı və temperatur olmadığı üçün diaqnozda diqqətli olmaq lazımdır. Uşağın televizorun səsini çox yüksəltməsi, səsə reaksiyasının azalması, yüksək səslə danışması, ya da dərsləri yaxşı olduğu halda yaranan geriləmə orta qulaqda maye toplanması ilə yaranan eşitmənin azalması ilə əlaqəli ola bilər.
Uşaqlar orta qulaq iltihabına meyillidirlər. Orta qulaq yevstax borusu ilə buruna açılır. Əsas funksiyası orta qulağın havalanması və drenajını təmin etməkdir. Yevstax borusu uşaqlarda böyüklərlə müqayisədə horizontal yerləşir və 7 yaşında böyüklərdəki kimi formalaşmış olur. Eyni zamanda, daha çox uşaqlıq dövründə müşahidə edilən adenoid vegetasiya (burun əti) yevstax borusunda tıxanmaya səbəb olmaqla yanaşı, həm də orta qulaq iltihabında rol oynayan mikroblar üçün rezervuar təşkil edir. Orta qulaq iltihabına ilk 3 yaşda daha çox rast gəlinir. Orta qulaq iltihabı olan uşaqda 40% ehtimalla 1 ay, 10% ehtimalla 3 ay və daha uzun müddət orta qulaqda maye qala bilər.
Daha çox virus mənşəli üst tənəffüs yolu infeksiyası sonrası yaranır. Bəzi hallarda isə nazofarinksdə (burun udlaq) yerləşmiş bir törəmənin (şişin) nəticəsi ola bilər. Belə hallarda diqqətli olmaq lazımdır.
Qulaq pərdəsində bulanıqlıq, şəffaflığın azalması, pərdə arxasında hava qabarcıqları, bəzi hallarda qulaq pərdəsində çökmə müşahidə edilə bilər. Belə hallarda həkim məsləhətinə uyğun olaraq orta qulaqda təzyiqin ölçülməsi və eşitmənin dəyərləndirilməsi üçün testlər oluna bilər.
Müalicəyə əksər hallarda dərman müalicəsi ilə başlanılır. Həkimin verdiyi qərara görə antibiotiklər, dekonjestan spreylər, kortizonlu spreylər və allergik xəstələrdə antihistamin dərmanlardan bir vəya bir neçəsi istifadə oluna bilər. Bu müalicədən sonra xəstə təqibə alınır. Qulaq pərdəsində çökmə kimi dəyişikliklər, eşitmənin azalması müşahidə olunmursa xəstə 3 aya qədər fasilələrlə ilə kontrol edilir. Bu müddət ərzində maye sorulmadıqda cərrahi əməliyyat təklif olunur.
Qulaq pərdəsinə kəsik ataraq orta qulaqdakı maye çəkilir və qulağa ventilyasion tüp deyilən və orta qulağın havalanmasını təmin edən boru yerləşdirilir. Əgər uşaqda burun əti (adenoid) mövcuddursa eyni əməliyyatda xaric edilir.
Uşaq xəstələrdə umumi anesteziya ilə aparılır. Böyüklərdə yerli anesteziya ilə də aparıla bilər.
Xeyr, görünmür.
Bu taxılan borunun növü ilə əlaqəlidir. Taxılacaq borunun növünə, problemə görə qərar verilir. Əsasən 6-12 ay qalır və öz-özünə xaric olur. Kontrol müayinədə tüpün xarici qulaq yoluna atıldığı görünür və həkim tərəfindən götürülür. Əgər tüp öz-özünə atılmayıbsa və 1 ildən çox vaxt keçmişsə, həkim tərəfindən çıxarılır.
Qulaq sudan qorunmalıdır. Hər yuyunmada xarici qulaq keçəcəyinə vazelinli pambıq qoyulmalıdır. Əgər qulaqda iltihab, axıntı müşahidə olunarsa həkimə müraciət etmək lazımdır. Təyin olunacaq damcılarla infeksiya kontrol altına alınır.