Yüklənir...
Dr. Cavid Cabbarzadə haqqında
Dr. Cavid Cabbarzadə 2002-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə qəbul olmuşdur. 2008-2009-cu illər arasında 3 saylı Sumqayıt şəhər xəstəxanasında qulaq-burun-boğaz xəstəlikləri üzrə internatura kursu keçmişdir. 2009-cu ildə Türkiyə Respublikasında keçirilən TUS (Tibdə Uzmanlıq Sınavı) imtahanında xarici vətəndaşlar arasında 2-ci nəticəni əldə etmiş və Hacettepe Universitetində uzmanlıq proqramı çərçivəsində, qulaq-burun-boğaz xəstəlikləri və baş-boyun cərrahiyyəsi ixtisasına qəbul olmuşdur.
2014-cü ildə ixtisası tamamlayaraq qulaq-burun-boğaz xəstəlikləri və baş-boyun cərrahiyyəsi uzmanı olmuşdur. ABŞ və Avropada çap olunan bir çox elmi jurnallarda məqalələri dərc olunmuşdur. 2018-ci ildə Azərbaycan Səhiyyə tarixində ilk dəfə beynəlxalq rinoplastika konfransını - Baku Rhinoplasty Days təşkil etmişdir. 2018-ci ildə Avropa Üz Plastik Cərrahiyyəsi Akademiyasının BOARD serifikatını qazanmışdır. O bu sertifikatı əldə etmiş ilk Azərbaycanlı cərrahdır. ABŞ və Avropada keçirilən qulaq-burun-boğaz və üz plastik cərrahiyyəsi ilə bağlı konfranslarda məruzələri olmuşdur. Hər il dünyanın müxtəlif ölkələrində keçirilən konfranslara rinoplastika (estetik burun cərrahiyyəsi) ilə əlaqədar məruzələr etmək üçün dəvət edilir.