31 Avqust - 1 Sentyabr 2018 tarixlərində Fairmont Hotel Flame Towers-da Dos. Dr. Cavid Cabbarzadənin rəhbərliyi və təşkilatçılığı ilə Azərbaycan səhiyyə tarixində ilk dəfə beynəlxalq rinoplastika konfransı keçirildi. Konfransda 14 fərqli ölkədən olan cərrahlar iştrak etdi. İngiltərə, Almaniya, Fransa, Rusiya, Macarıstan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Ukrayna həmin ölkələrdən bəziləri idi. Tədbir əsnasında 2 fərqli dilə sinxron tərcümə aparıldı. Konfrans günlərində rinoplastika ilə bağlı elmi müzakirələrlə yanaşı qonaqlara ölkəmiz və mədəniyyətimizlə bağlı dolğun məlumat verildi. Tədbirdən sonra Fəxri Xiyaban və Şəhidlər Xiyabanı qonaqlarla birlikdə ziyarət edildi.

Konfransa dair foto materiallarla tanış olmaq üçün linkə tıklayın!

Konfrans haqqında Xəzər TV video süjeti