Dr. Cabbarzadə Türkiyənin Yeni Yüzyıl Universiteti Gaziosmanpaşa xəstəxanasında tibb tələbələrinə qulaq-burun-boğaz ixtisası üzrə dərslər tədris etməkdədir. Dr. Cabbarzadənin elmi fəaliyyəti, Türkiye Cümhuriyeti Üniversitelerarası Kurul Başkanlığı tərəfindən dəyərləndirilərək ona qulaq-burun-boğaz xəstəlikləri üzrə dosent ünvanı verilmişdir.